Hadrut meşələrində gizlənən erməni əsgərləri - "Kömək istəyiblər..."

Hadrut meşələrində gizlənən erməni əsgərləri -
44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.

Sfera.az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan danışıb.

O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.

 "İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, təxminən  gün əvvəl meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911” xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır”,-Zöhrabyan bildirib.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağdakı qondarma rejim bu haqda Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova bildirib və axtarış işləri başlayıb.Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...