Rus jurnalistlər Türkiyədə saxlanıldı

Dünya
21:55 / 04.12.2020
4094
Rusiyanın NTV telekanalının jurnalistləri Türkiyədə saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə elə NTV məlumat yayıb.
Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıblar.
Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.
***
Türkiyə Xarici İşlər Nazirliyindən adı açıqlanmayan şəxs jurnalistlərin saxlanılma səbəbini açıqlayıb.
Məlumata görə, jurnalistlər İstanbulda rayonlardan birində "Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.