Erməni diplomatlar Paşinyanın istefasını istəyir

15:54 / 04.12.2020
1902
Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbinə erməni diplomatları da bəyanatla qoşulublar.
Sfera.az xəbər verir ki, məlumatı "Sputnik Armeniya” yayıb.
Onlar mövcud hökumətin yürütdüyü xarici siyasət kursundan narazı olduqlarını da bildiriblər. Diplomatlar iddia edirlər ki, Rusiya, Çin, İran və Gürcüstanla münasibətlərə lazım olan diqqət ayrılmayb.
Xəbərdə diplomatların adları və vəzifələri, olduqları ölkələr göstərilməyib.