Xaçmazda həmyerlisini döyən şəxs tutuldu

Kriminal
14:35 / 04.12.2020
2399
Xaçmaz şəhərində xuliqanlıq hadisəsi baş verib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 3-ü saat 11 radələrində Xaçmaz şəhəri ərazisində Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və "VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.