Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir

Paşinyanın blokunun daha bir deputatı mandatdan imtina edir
Ermənistan parlamentinin hakim "Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan deputat mandatından imtina etmək niyyətindədir.

Sfera.az xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

"Hər bir erməni kimi mən də bu reallıqla barışa bilmirəm", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını qənaətbəxş hesab etmir və buna görə də mandatdan imtina qərarına gəlib.

"Əmin etmək istəyirəm ki, əvvəllər olduğu kimi, gələcəkdə də, bütün səylərim və addımlar hansı sahədə işləyəcəyimdən asılı olmayaraq, vətənimizin və xalqımızın xeyrinə yönəldiləcək”, - o əlavə edib.

Qeyd edək ki, daha əvvəl "Mənim addımım” Partiyasının üzvü, deputat Qor Gevorkyan hakim fraksiyadan çıxdığını bildirib. O, bu barədə özünün feysbuk səhifəsində yazıb. Gevorkyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...