Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi - 500 minlik təzminat

Dünya
15:46 / 03.12.2020
1251
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu partiya iclasında səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, başladılan məhkəmə iddiasında Kılıçdaroğlunun mənəvi təzminat qismindən 500 min lirə ödəməli olduğu bildirilib.