“Mən nə Azərbaycanı, nə də Türkiyəni günahlandırıram” – Babayan

Dünya
13:35 / 03.12.2020
1693
"Ərazilərin Azərbaycana verilməsi ilə nəticələnən üçtərəfli Qarabağ sazişi Dağlıq Qarabağ erməniləri üçün bir növ Brest-Litovsk sülh müqaviləsi kimi oldu”.
Sfera.az xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ rejimi "rəhbərinin” "müşaviri” David Babayan deyib.
Həmçinin o qeyd edib ki, bu müharibənin bütün məsuliyyəti erməni tərəfinin üzərinə düşür:
"Biz Türkiyəyə və ya Azərbaycana deyil, özümüz-özümüzə məğlub olduq. Bunu nəzərə almalıyıq. Biz müasir dövr müharibəsinin strateji aspektində uğursuz olduq. Bu müharibə böyük ölçüdə təmassız, məsafədən – dronlarla aparılan müharibə idi”, – Babayan bildirib.