Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət: Rekord yoluxma

Dünya
12:38 / 03.12.2020
1108
Azərbaycana qonşu ölkələrdə də koronavirusla bağlı vəziyyət kəskin olaraq qalır.
Sfera.az xəbər verir ki, Rusiyada yenə rekord yoluxma qeydə alınıb. Belə ki, Rusiyada son bir gündə 28 min 145 yeni yoluxma faktı qeydə alınıb.
Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının yaydığı məlumata görə, son 24 saat ərzində 554 pasiyent ölüb. Ölkə üzrə ümumilikdə 2 milyon 375 min 546 nəfər insan koronavirusa yoluxub.
Gürcüstanda isə son 24 saat ərzində daha 4260 nəfərdə "COVID-19” aşkarlanıb, 45 nəfər bu xəstəlikdən ölüb. Bununla da ölkədə koronavirusa yoluxma halı 147 min 636-ya, ölüm hallarının sayı 1387-ə çatıb.
Ermənistanda son sutka ərzində daha 1277 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 138 min 508 nəfərə çatıb. Daha 26 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2254-ə çatıb.