Heyvandan insana keçən yeni dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Heyvandan insana keçən yeni dəhşətli virus yayılır - 19 nəfər ölüb və...
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada heyvandan insan keçən və ölümcül olan "Lassa" qızdırmasından ölənlərin sayı 19-a çatıb.

Sfera.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) əyalət kordinatoru, həkim Rilvau Muhammed bildirib ki, dünya yeni tip koronavirusla mübarizə aparmağa davam edərkən, əyalətdə "Sarı hərarət" və "Lassa" qızdırması ortaya çıxıb. "Sarı hərarət" pandemiyasi ilə mübarizə çərçivəsində əyalətin 19 bölgəsinə 4 milyon peyvənd göndərilib. 2021-ci ilin Yanvar ayında etibarən 1-44 yaş arasında olan insanlara peyvəndin vurulması planlanıb. Hökümət pandemiyanın qonşu əyalətlərə bulaşmaması üçün əlindən gələni edir.

Qeyd edək ki, yanvarda ayından bu günə kimi Nigeriyanın 29 əyalətində 300-dən çox insan "Lassa" qızdırması səbəbiylə dünyasını dəyişib. Hər il quraqlığın yaşandığı noyabr və may aylarında "Lassa" qızdırması daha da çoxalır. 

Siçovul nəcisi ilə təmas nəticəsində yayılan bu xəstəlik insandan insana keçə və ölümcül qızdırmaya səbəb ola bilir. Bu barədə insanlara bildirilir ki, gigiyena qaydalarına xüsusi diqqət yetirsinlər, siçovul və digər gəmirici heyvanlarla birbaşa təmas halında olmasınlar. 
(redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...