Dünyada ilk: Süni ətin satışına icazə verildi

Dünyada ilk: Süni ətin satışına icazə verildi
Dünyada ilk dəfə Sinqapurda bioreaktorda heyvan öldürülmədən istehsal edilən ətin satışına icazə verilib.

Sfera.az  xəbər verir ki, bu barədə "Guardian” qəzeti yazıb.

Məlumata görə, ABŞ-ın "Eat Just” şirkətinin istehsal etdiyi "toyuq hissələri” Sinqapurun Qida Agentliyinin təhlükəsizlik yoxlanışından uğurla keçib.

Bildirilib ki, "Eat Just”ın məhsulu 1 200 litrlik bioreaktorda hazırlanır və sonra bitki əsaslı elementlərlə birləşdirilir.

Məhsulun normal toyuq ilə müqayisədə bahalı olacağı və sadəcə Sinqapurdakı bir restoranda satılacağı vurğulanıb.

OXŞAR XƏBƏRLƏR