"BakuBus"un yanında ayı peyda olub - Yenilənib

FHN əməkdaşları hazırda hadisə yerində ayını zərərsizləşdirmək üçün iş aparır

Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

Sfera.az-ıın anspress-ə istinadən məlumatına görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub. Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur. "Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi. "BakuBus" və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqləyiblər. Onun bala ayı olduğunu qeyd ediblər. FHN-dən bildiriblər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun "Report”a verdiyi məlumata görə, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb. Ayı balası aidiyyəti üzrə təhvil veriləcək.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şöv...

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...