“SMS icazə” ilə bağlı daha bir AÇIQLAMA

“SMS icazə” ilə bağlı daha bir AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib. O, bildirib ki, dekabrın 1-dən həftəiçi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunacaq. Həftəsonu bu məhdudiyyət cümə axşamı saat 21:00-dan bazar ertəsi saat 05:00-a qədər davam edəcək. Ticarət mərkəzlərinə koronavirus testindən keçmiş şəxslər buraxılacaq. Evlərdə isə xüsusi tədbirlərin keçirilməsi qadağası qüvvədə qalır. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaşda olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

Sfera.az xəbər verir ki, bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, koronavirus infeksiyası dünyada tüğyan etməkdədir:

"Böyük ölkələr bu virus qarşısında aciz durumdadır. İnkişaf etmiş Avropa ölkələri yenidən qadağaların tətbiqini aktuallaşdırıb. Məsələn, Almaniyada 3 nəfərdən artıq insanın bir evdə toplaşması, bir masa arxasında əyləşməsi qadağan olunub, kafe və restoranlarda fəaliyyət məhdudlaşdırılıb. Qardaş Türkiyədə insanların çölə çıxmasına qadağa qoyulur. Azərbaycanda da koronavirusun yayılması ilə bağlı mənzərə heç də ürəkaçan deyil. Gündəlik aparılan testlərin sayı artdıqca yoluxmaların sayında kəskin artımın olduğunu müşahidə edirik. Koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış palata yerlərinin də dolduğunu görürük. Daha çox yoluxma sürəti olan bir neçə inzibati rayonda sərt karantin tətbirləri tətbiq olunub və davam etməkdədir".

Deputat qeyd edib ki, əgər yoluxma sürəti daha da artarsa, koronavirusa qarşı mübarizə tədbirlərinin bütün ölkə ərazisində sərtləşdirilməli olacaq:

"Bu, "SMS icazə" siteminin tətbiqi, 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa və s. ola bilər. Tətbiq olunacaq bütün məhdudiyyətlər Operativ Qərargah tərəfindən gündəlik dinamikanı təhlil edərək müəyyənləşdirilir. Biz isə ölkə üzrə uzunmüddətli sərt karantin rejiminin tətbiq olunmaması üçün həmrəylik göstərməliyik, özümüzü məsuliyyətli aparmaqla qaydalara riayət etməlik. Bu, hər yerdə hamı tərəfdən tibbi maskanın düzgün taxılması, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyenik qaydalara əməl olunmasıdır. Gəlin həmrəy olaq! Biz birlikdə güclüyük!"
(sonxeber.az)

OXŞAR XƏBƏRLƏR

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...

Daxili İşlər Nazirliyi 39 nəfəri saxlayıb

Avqustun 1-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfer...