“İlk insan 6 ildən sonra Marsa çatdırıla bilər” - İlon Mask

Dünya
09:14 / 02.12.2020
1829
Sinqapur hökuməti dünyada ilk dəfə olaraq laboratoriya şəraitində istehsal olunan ətin satışına icazə verib.
Sfera.az xarici mətbuata istinadən cəbər verir ki, bu barədə respublikanın Ərzaq Məhsulları Agentliyinin yaydığı bəyanatda deyilir.
"Daxil olan təklifləri qiymətləndirərək və onların təhlükəsizliyini müəyyən edərək Amerikanın "Eat Just” şirkətinin Sinqapurda becərilmiş toyuq əti satmasına icazə verilməsi qərara alınıb”, - məlumatda deyilir. Bununla yanaşı, qurumun rəhbəri Tan Li Kim bildirib ki, əməkdaşlar təhlükəsizliyi qiymətləndirməkdə davam edəcək, ekspertlərlə gələcək məsləhətləşmələr aparacaq, həmçinin bazara birbaşa daxil olan yeni məhsulları izləyəcəklər.