BMT-də İranla nüvə anlaşması müzakirə ediləcək

BMT-də İranla nüvə anlaşması müzakirə ediləcək
BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətlə bağlı toplantı keçirəcək.

Sfera.az xəbər verir ki, bunu CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib.

Onun sözlərinə görə, toplantı 22 dekabr tarixində baş tutacaq.

Qeyd edək ki, İran nüvə məsələsi üzrə danışıqlar zamanı əldə edilmiş razılıqda nəzərdə tutulan radioaktiv maddə ehtiyatını artırmaqda davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvlərinin yaydığı sənəddə bildirilib ki, noyabrın 2-dək olan məlumata əsasən, İranda nüvə yanacağı ehtiyatı 2 400 kq-dan artıqdır.

2015-ci ilin yayında "altılıq” ölkələri ilə əldə edilən razılaşmaya görə, İslam Respublikası 200 kq səviyyəsində radioaktiv maddə əldə edə bilər.(Report)

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...