Qürurverici HAL: Türkiyə ordusu dünyada 4-cü yerə çıxdı - Detallar

Qürurverici HAL: Türkiyə ordusu dünyada 4-cü yerə çıxdı - Detallar
Türkiyə dünyanın aparıcı silah və hərbi texnologiya istehsalçıları arasında artıq 4-cü yeri tutur.

"Yeni Gündəm” Türkiyə Ordusununun malik olduğu  üstünlüyü açıqlayıb.

1. Türkiyə bu gündən etibarən ballistik raket istehsalına hazırdır. Yəni qardaş ölkə üçün qitələrarası ballistik raketlərin seriya istehsalına başlamaq artıq rutin prosesdir.
2.  Türkiyənin "bordo bereli”lərinin, yəni xüsusi təyinatlı qüvvələrinin əsas antisnayper tüfəngi "İstiqlal” oldu
3. Türkiyənin "Aselsan” və "Raketsan” korporasiyaları artıq dünyanın ən innovativ, qüdrətli hərbi şirkətlərinin reytinqində ilk beşlikdədir.
4. Türkiyə kosmosa peyk və yük çıxara biləcək ilk milli raketini 5 il sonra istifadəyə verəcək.
6. Bildiyiniz kimi, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etdi. Olsun. Türkiyənin "Turkish Aerospace Industries” (TAI) korporasiyası 5-ci, yəni ən son nəsil qırıcı olan TF-X ilə bağlı işləri başa vurmaqdadır. Bu layihədə Türkiyəyə Britaniyanın "BAE Systems” hərbi-sənaye nəhəngi dəstək verir. Layihə Britaniyanın ən son nəsil qırıcısı olacaq "Tempest” çərçivəsində birgə reallaşdırılır.
7. Türkiyə "hava-hava” raketləri ilə təchiz olunmuş PUA istehsalına başlayır. Bu PUA-lar qırıcıları, bombardmançı təyyarələri və helikopterləri, habelə nəqliyyat təyyarələrini asanlıqla vura biləcək.
8. "Bayraktar” və "Anka” PUA-ları üçün yerli PD-170 mühərrikinin istehsalına başlanıb.
9. Türkiyədə "Ar-Ge” proqramı çərçivəsində "Süngür”, "Hisar”, "Atmaca”, "Boztuğ” və "Göktuğ” kimi yeni "hava-hava”, "hava-dəniz” və "quru-dəniz” raketləri seriya istehsalına hazırdır.
10. Türkiyə milli hava hücumundan müdafiə sistemi ilə bağlı işləri başa vurmaq üzrədir.
11. Türkiyə hazırda dünyada mövcud olan istənilən hava hücumundan müdafiə sistemini yara bilən anti-radar, anti-RLS (radiolokasiya stansiyası) və anti-raket tipli raketlərin istehsalına başlayır. Həmin raketlərin bir qismini radarlardan asanlıqla yayına biləcək PUA-lar daşıyacaq.
12. Türkiyə ABŞ-dan sonra dünyada ikinci dövlət olacaq ki, dəyəri 120 milyon dollardan artıq nəhəng döyüş-kəşfiyyat PUA-sı istehsal edəcək. Bu PUA səmada eyni zamanda düşmənin 6 qırıcı təyyarəsinə qarşı mübarizə apara biləcək.
Və ən nəhayət, ABŞ, İsrail və Çindən sonra Türkiyə dünyada 4-cü dövlətdir ki, hərbi əməliyyatların süni intellektlə idarə olunması sistemini hazırlayır.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...