Rusiya səfirliyinin avtomobili partladıldı

Dünya
23:01 / 01.12.2020
2696
Əfqanıstanın Kabul şəhərində Rusiya səfirliyinə məxsus avtomobil partladılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində səfirlik əməkdaşları yüngül xəsarət alıb.
Məlumata görə, diplomatik nümayəndəliyin avtomobili hərəkətdə olarkən kustar üsulla hazırlanmış partlayıcı işə düşüb.
Bəzi ehtimallara görə, hücumun hədəfi əslində səfirlik avtomobillərinin qarşısında hərəkət edən Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin hərbçilərinə məxsus pikap olub.