“Bu, Azərbaycana uyğun deyil” – Dağlıq Qarabağın yeni dəhlizləri

“Bu, Azərbaycana uyğun deyil” – Dağlıq Qarabağın yeni dəhlizləri
"Qarabağda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təklif olunan yeni dəhlizlərin yaradılması mümkündür”.

Sfera.az xəbər verir ki, bunu rusiyalı siyasi Stanislav Pritçin deyib.

Pritchin qeyd edib ki, Azərbaycan rəhbərliyinin məntiqi başa düşüləndir:

"Azərbaycan Laçın şəhərinin mərkəzini geri qaytarmaq istəyir, habelə qaçqınları ora qaytarmağı planlaşdırır. Çünki bu şəhərin Rusiya sülhməramlılarının nəzarəti altındakı ara, tranzit statusu Azərbaycan rəhbərliyinə uyğun gəlmir”.

Onun sözlərinə görə, Qarabağı Ermənistanla birləşdirən ən qısa yol Laçından keçir. Mütəxəssis Kəlbəcərdən daha uzun bir yolun keçə biləcəyini, amma bunun üçün fərqli sayda sülhməramlı tələb olunacağını vurğulayıb.

O, Dağlıq Qarabağda tamamilə yeni bir yolun çəkiləcəyini istisna etməyib.

O, İlham Əliyevin təklif etdiyi ikinci dəhliz – Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə əlaqələndirmək barədə də danışıb.

Pritçinin sözlərinə görə, bu, ümumiyyətlə, ortaq bəyannamədə yer alıb.

"Yalnız Ermənistanın cənub ərazisindən keçən və Rusiya sərhəd xidmətinin nəzarəti altında olacaq bir dəhliz qurulacaq ki, bu da Ermənistanın İranla cənub sərhədinin qorunmasını təmin edir”.

Ekspert hər iki dəhliz variantının nəzəri cəhətdən mümkün olduğunu qeyd edib.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Ermənistanı Dağlıq Qarabağa birləşdirən yeni dəhlizin çəkiləcəyini açıqlayıb. Dövlət başçısı yeni dəhlizin çəkilməsindən sonra Laçın şəhərinin mərkəzinin Azərbaycanın nəzarətinə veriləcəyini bildirib.

Onu da əlavə edək ki, hazırkı dəhliz Laçın şəhərinin mərkəzindən keçdiyindən ora Rusiya sülhməramlıları nəzarət edir. (teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...