Pentaqon İŞİD-ə qarşı bu birliyi ləğv etdi

Dünya
11:43 / 01.12.2020
955
Pentaqonun tabeliyində olan İŞİD-lə Mübarizə Qüvvəsi Birliyi ləğv edilib.
Sfera.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Qeyd olunub ki, Birliyin direktoru Kris Mayerin istefa ərizəsi qəbul edilib.
"Bu dəyişikliklər İŞİD-in sözdə xilafətinin aradan qaldırılması üçün aparılan əməliyyatın uğurunu göstərir”,- deyə qeyd olunub.
Qeyd edək ki, İŞİD-lə Mübarizə Qüvvəsi Birliyi 2017-ci ildə yaradılıb.