"Moderna" peyvəndin istifadəsi üçün hərəkətə keçdi

ABŞ və Avropada istehsal olunan COVİD-19 əleyhinə peyvəndlərin təcili istifadəsi üçün müraciət edəcəyik.
 
Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın biotexnologiya şirkəti "Moderna" bildirib.

"Moderna" bəyan edib ki, sonuncu dəfə aparılan test nəticəsində peyvənd koronavirusa qarşı 94 faiz təsirli olub.

Bildirilib ki, şirkət peyvənddən təcili istifadə üçün ABŞ-ın Qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəsinə müraciət edəcək və Avropa Birliyindən şərti təsdiq almaq üçün lazımi prosedurları yerinə yetirəcək.

"Peyvəndin epidemiyanın gedişatını dəyişdirə biləcəyinə inanırıq. Ağır xəstəliklərin və ölüm faktlarının azalacağına ümid edirik", - şirkətdən bildirilib.

Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəyə peyvəndlərin təsdiqini ləngitməmək barədə çağırış edib.(Axara.az)

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...