Trampın müşaviri istefa verdi

Trampın müşaviri istefa verdi
Stenford Universiteti yanında Huver İnstitutunun əməkdaşı Skott Atlas ABŞ Prezidenti Donald Trampın yeni növ koronavirusa qarşı mübarizə üzrə xüsusi müşaviri vəzifəsindən istefa verib.
 
Sfera.az xəbər verir ki, bu barədə "Fox News” telekanalı Atlasın bəyanatına istinadən xəbər verib.

"Mən Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi müşaviri vəzifəsindən istefa verdiyimi bəyan edirəm”, - Atlas sənəddə qeyd edib.

O, "Amerika xalqının rifahı naminə işləmək” imkanına görə ABŞ-ın hazırkı Prezidentinə minnətdarlığını bildirib, həmçinin üzv olduğu Ağ Evin koronavirusla mübarizə üzrə işçi qrupunun pandemiyaya qarşı mübarizə səylərini qeyd edib.

Atlas bəyanatında ABŞ Prezidenti seçkilərində qələbəsini elan edən Demokrat Cozef Baydenin Administrasiyasının pandemiyaya qarşı mübarizədə səyləri azaltmayacağına ümid etdiyini bildirib. "Mən yeni komandaya ölkəni hazırkı böhrandan çıxarmaq yolunda ən xoş arzularımı bildirirəm”, - deyə o vurğulayıb.

Daha əvvəl, KİV-in məlumatına görə, Atlas işçi qrupun digər üzvləri tərəfindən tənqid edilib. Onun ölkənin baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi, həmçinin Ağ Evin yeni növ koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Debora Birkslə mübahisələri olub.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...