Bayden və Ərdoğanla birlikdə… – Ukraynadan kritik açıqlama

Bayden və Ərdoğanla birlikdə… – Ukraynadan kritik açıqlama
"Donbas və Krıma hər gün strateji cəhətdən bir addım daha yaxınlaşırıq. Yalnız bir həll yolu var, sadədir, Rusiyanın Ukraynanın işğal olunmuş bölgələrindən çəkilməsi və Ukraynanın suverenliyinin təmin edilməsi”.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba "Anadolu” agentliyinə müsahibəsində deyib.

Kuleba Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı dəstəyə görə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdar olduqlarını bildirib.

Donbas münaqişəsinin həlli ilə bağlı Üçtərəfli Təmas Qrupundakı danışıqların asan olmadığını qeyd edən Kuleba Ukraynanın həll yolu üçün konstruktiv addımlar təklif etdiyini, ancaq Rusiya tərəfindən eyni addımı görmədiklərini vurğulayıb:

"Ancaq bu, təslim olmaq demək deyil. Davam etməliyik, çünki həqiqət, hüquq və Türkiyə kimi tərəfdaş yanımızdadır. Problemin həllində müvəffəq olacağımıza şübhə etmirəm”.

Nazir Rusiyanın Krımın statusunu unutdurmaq istədiyinə diqqət çəkib:

"Ukrayna Krımın işğaldan azad edilməsi üçün hərtərəfli beynəlxalq bir mexanizm olaraq Krım Platformasının qurulmasını təklif edib. Xatırlatmaq istərdim ki, 2014-cü ildə Krım işğal edildikdə və Donbasda müharibə başlayanda Normandiya Formatı və Üçtərəfli Təmas Qrupu quruldu, lakin Krım problemi üçün beynəlxalq bir mexanizm qurulmadı. Biz burada bir tarixi səhvi düzəldirik. Türkiyənin bu platformada yaxşı bir tərəfdaş olacağına şübhə etmirəm”.

O, Avropanın bu məsələlərin həllində çox səy göstərməli olduğunu bildirib.
Kuleba yeni ABŞ Prezidenti Co Baydenin Barak Obama adimistrasiyası dövründə Rusiya təcavüzünə qarşı mübarizəsini yaxşı xatırladığını da sözlərinə əlavə edib:

"Əminik ki, Bayden Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı sərt davranacaq və Bayden rəhbərliyi ilə problemlərin həlli üçün çoxtərəfli bir dialoq quracağıq. Yeri gəlmişkən, Bayden tarixdə Ukrayna sənədini öyrənməyə ehtiyac duymayan ilk ABŞ prezidentidir, çünki onu artıq yaxşı bilir.

Bizim vəzifəmiz Rusiyanın Krımdan çəkilməsini təmin etməkdir. Əminəm ki, Rusiya Krımdan çəkiləcək və Krım tatarları da öz torpaqlarına qayıdacaqlar”.
Teleqraf

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...