Sarkisyan daha çox səlahiyyət istəyir

Dünya
10:57 / 30.11.2020
3651
Ermənistan Prezidenti Armen Sərkisyan səlahiyyətlərinin artırılmasını istəyib.
Sfera.az xəbər verir ki, Sərkisyan parlamentlə prezident institutu arasında balans yaradılması gərəkdiyini bildirib.
"Hesab edirəm ki, əgər biz parlament ölkəsi olaraq qalacağıqsa, prezident gərək xalq tərəfindən seçilsin. Bizim ölkədə bütün vəzifələrə təyinat parlament tərəfindən aparılır, bəs balans haradadır?” – deyə o söyləyib.
Qeyd edək ki, Ermənistan konstitusiyasına əsasən, Ermənistanda prezident parlament tərəfindən seçilir.
(axar.az)