"Dahi"dən korona şoku: 12 ay təcrid olunaq, yoxsa...

Dünya
09:10 / 30.11.2020
4512
Koronavirusun qarşısını almaq üçün hər şeyi dayandırmalı, 12 aylıq təcrid müddətinə keçid etməliyik.
Sfera.az xəbər verir ki, bu sözləri Lester Universitetin araşdırmaçısı, koronavirusla bağlı ehtimallar irəli sürən "Dahi” ləqəbli Lutaiz Mekkaş deyib.
"12 aylıq təcridin insanların gəlirlərinə, yaşamlarına ciddi şəkildə təsir edəcəyini bilirəm. Amma hazırda bunu etmək lazımdır. Mən mart ayında pandemiyanın azı 2 il davam edəcəyini demişdim. Artıq 8 ay keçib. Əgər ciddi tədbirlər görməsək, bunun qarşısını ala bilməyəcəyik”, - o bildirib.