Koronavirus “Üç adam”a da yoluxdu

Maqazin
11:30 / 28.11.2020
2076
"Üç adam” verilişinin məşhur aparıcıları Eser Yenenler və
İbrahim Büyükakdan sonra Oğuzhan Koç da koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki,müğənni Oğuzhan Koçun koronavirus testi müsbət çıxıb. Bir həftədir karantində olan ifaçının müalicəsi evdə aparılır.
Oğuzhan Koçdan bir gün əvvəl İbrahim Büyükakın da koronavirusa tutulduğu öyrənilib.
Qeyd edək ki, E.Yenenler isə bir müddət öncə "Covid-19”a yoluxmuşdu.
Jalə Mehdi
Sfera.az