“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - DƏHŞƏTLİ FOTOLAR

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - DƏHŞƏTLİ FOTOLAR
Kriminal aləmdə "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

Sfera.az bildirir ki, bu barədə "Rosbalt” məlumatlı mənbəyə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Türkiyədə öldürülən "Quli”nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur ("Rafiq Massalinski”).

Belə ki, adıçəkilən "qanuni oğru”ların hər zaman mürəkkəb münasibətləri olub. 2013-cü ildə "Massalinski” həbs edildikdə, "Quli” hər kəsə onu "qanuni oğru” kimi tanımamağa çağırıb.

2017-ci ildə isə "Quli”nin əmri ilə R.Eyvazova hücum edilib və onun qulağı kəsilib.

Mənbənin məlumatına görə, bundan sonra "Massalinski” intiqam alacağına söz verib və hücumda iştirak edən N.Səlifovun ətrafından iki nəfəri öldürüb. Avtoritetin özünə çatmaq üçün isə o, "Quli”dən zərər çəkmiş digər "qanuni oğruları” ətrafına toplamağa başlayıb.

Qətlin maliyyələşdirilməsində isə 2016-cı ildə güllələnən Rövşən Caniyevin ("Lənkəranski”) yaxınları iştirak ediblər.

Qeyd edək ki, "Lənkəranski”nin qətlində "Quli”nin əli olduğu düşünülür.

OXŞAR XƏBƏRLƏR

Ərdoğan: "Tərəfləri atəşkəsə əməl etməyə dəvət edirik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və İran arasında atəşkəslə bağlı razılaşmanın əldə olunmasını müsbət qarşılayıb.   Sfera.az bu barədə...

Merzdən İsrail-İran atəşkəsinə reaksiya

Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra uğur qazanarsa, bu, çox yaxşı hal olacaq.   Sfera.az xəbər ...

Türkiyədə hamı bu toydan danışır: məclisinə 5 min qonaq gəldi - VİDEO

Türkiyənin tanınmış futbol şərhçisi Sinan Engin ailəsində toy olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçunun q...

Növbəti köç karvanı Həsənriz və Sarıcalıya çatdı

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb, açarlar təqdim olunub. &nb...

Bakıda restoranda dava: Aşpaz müştərini döydü

Bakıda restoranda dava düşüb.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 62 ünvanında fəaliyyət göstərən restor...

Məşhur modeldən maraqlı iş elanı - FOTO

Avstraliyalı model Alicia Davis yay ayları üçün qeyri-adi iş elanı ilə gündəm olub. Model, bədəninə bronzlaşdırıcı yağ və günəş kremi yaxacaq şəxsi köməkçi axta...