Donbasda SON DURUM

Donbasda SON DURUM
Ötən gün ərzində - 27 noyabrda Rusiyanın silahlı birləşmələri atəşkəs razılaşmalarını altı dəfə pozub. Ukrayna hərbçilərinin şəxsi heyəti arasında itki və ya yaralanan yoxdur.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Birgə Qüvvələrin Qərargahı açıqlayıb.

Qeyd olunub ki, xüsusilə Donetsk vilayətinin Avdeyevka şəhəri yaxınlığında qarşı tərəf lüləaltı qumbaraatan, iriçaplı pulemyot və atıcı silahlardan atəş açıb. Vodyanoe yaşayış məntəqəsi tərəfdə yaraqlılar iriçaplı pulemyotdan və Opıtnı yaşayış məntəqəsinin yanındakı ərazidə tank əleyhinə əl qumbaraatandan istifadə edib.

Bundan başqa, vilayətin Şumı yaşayış məntəqəsi yaxınlığında separatçı qüvvələr lüləaltı qumbaraatan və atıcı silahdan istifadə edərək 2 dəfə təxribata əl atıblar. Bildirilib ki, Katerinovka yaxınlığında qarşı tərəf müxtəlif sistemli qumbaraatanlardan və atıcı silahlardan atəş açıb.

Vurğulanıb ki, Ukrayna hərbçiləri düşmənin hədəflənməmiş atəşinə cavab verməyiblər.

Məlumata görə, sutkanın əvvəlindən yaraqlılar Vodyanoy ətrafında atəşkəs rejimini pozub. Qarşı tərəf atıcı silahlar, müxtəlif sistemli qumbaraatanlar, 120 mm və 82 mm çaplı minaatanlardan istifadə ediblər.

Qeyd edək ki, ötən gün Ukranya silahlı qüvvələrinin işğal altında olan bəzi məntəqələri azad etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır. /Report

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...