Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu

Dünya miqyasında terrorizmdən ən çox təsirlənən ölkə məlum oldu
Mərkəzi Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutu (IEP) "2020 Qlobal Terrorizm İndeksi”ni açıqlayıb.

Sfera.az"Anadolu” agentliyinə istinadla xəbər verir ki, indeksə dair hesabatda il ərzində 163 ölkədə baş verən terror hadisələri araşdırılıb.

Nəticələrə əsasən, Əfqanıstan 2019-cu ildə dünyada baş verən terror hücumlarından ən çox təsirlənən ölkə olub.

Keçən il dünyada ümumilikdə 13,826 nəfər terror hücumlarında ölüb, onların 41 faizi, yəni 5,725 nəfəri Əfqanıstanın payın düşür. Əfqanıstandakı hücumlarda 6,221 nəfər yaralanıb.

Statistikaya görə, "Taliban” "dünyanın ən ölümcül terror təşkilatı” olaraq xarakterizə edilib.

Keçən il, statistikaya görə Əfqanıstanda terror hücumları qurbanlarının 87 faizi (4,990 nəfər) Taliban hücumlarından ölüb.

Bildirilir ki, "Taliban” 2019-cu ildə Əfqanıstan təhlükəsizlik qüvvələrinə 508 dəfə hücum etdib və bu hücumlarda 2900-dən çox insan həyatını itirib.

İndeksə görə, dünyada terrorizmdən ən çox təsirlənən ilk 10 ölkə Əfqanıstan, İraq, Nigeriya, Suriya, Somali, Yəmən, Pakistan, Hindistan, Konqo Demokratik Respublikası və Filippindir.

Bu siyahıda Türkiyə 18, ABŞ 29, Böyük Britaniya 30-cu sırada yer alır.

Avropa qitəsində terror hücumlarından ən çox təsirlənən ölkə Türkiyə olub.

Xatırladaq ki, Vətən Müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində 94 nəfər həlak olub, 414 nəfər yaralanıb.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 3410 yaşayış evi yararsız vəziyyətə düşüb.

Həmçinin, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...