Lukaşenko “daha prezident olmaq istəmirəm” dedi – TƏFƏRRÜAT

Lukaşenko “daha prezident olmaq istəmirəm” dedi – TƏFƏRRÜAT

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib.

BelTA-nın verdiyi xəbərə görə, bu barədə A. Lukaşenko Minskdə 6 nömrəli klinik xəstəxananın heyəti ilə görüşü zamanı deyib.

"Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə mən artıq sizinlə prezident kimi çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”, – deyə Belarus Prezidenti vurğulayıb.

A. Lukaşenko qeyd edib ki, o, yeni konstitusiya qəbul edilərkən kiminsə bu prosesi saxtalaşdırmasına və ya qəbul olunacaq konstitusiya ilə yeni seçkilərin keçirilməsinə əsla icazə verilməyəcək: "Hətta bunun istədiyim kimi olmayacağını bilsəm də bu baş verəcək. Niyə? Çünki Belarus xalqı üzləşməli olduğu ilə üzləşməlidir. Bu indi müharibəsiz daha yaxşıdır, sonradan müharibə ilə bu baş verərsə, daha pisdir”. (apa)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...