“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər” - Paşinyan

“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər” - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa etdiyi televiziya müraciətində müxalifətin ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisində aparmaq istədiyini bildirib.

Sfera.az xəbər verir ki, Paşinyan çıxışında müxalifət qüvvələrini bilərəkdən hakimiyyət orqanlarına qarşı dezinformasiya yaymaqda təqsirləndirib.

"Hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmalarını təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Hakimiyyəti möhkəm saxladığımız üçün deyil, qürurlu erməni xalqı bunu istəmədiyi üçün”,- deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, müxalifət qüvvələri hakimiyyətə qarşı dezinformasiya yayırlar.

"Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”,- deyə Paşinyan sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...