Paşinyan itkin hərbçilərin yaxınlarına da məhəl qoymadı: Polis müdaxilə etdi - VİDEO

Paşinyan itkin hərbçilərin yaxınlarına da məhəl qoymadı: Polis müdaxilə etdi - VİDEO
Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz dalğası getdikcə alovlanır.

Bu dəfə Qarabağda gedən döyüşlərdə yaxınları itirmiş şəxslər baş nazirin avtomobil karvanının yolunu kəsməyə cəhd ediblər.

Bu barədə erməni "Telegram” kanalları məlumat yayıb.

İtkin hərbçilərin yaxınları Nikol Paşinyanla danışmağa cəhd göstərsələr də, polis onlara mane olub.

Ölkəsi üçün belə bir ağır məqamda Nikol Paşinyan güc strukturları vasitəsilə özünü xalqdan qorumağa davam edib. O, müxalifətçilərlə olduğu kimi, döyüşlərdə yaxınlarını itirən şəxslərlə də üz-üzə gəlməyə cəsarət etməyib.

Nikol Paşinyanın xalqdan qaçıb-gizlənməsi isə erməni cəmiyyətində ona qarşı nifrət və qəzəb dalğasını daha da genişləndirir.

Bu səbəbdən də Paşinyan xalq arasına çıxmaqda maraqlı deyil. O, hətta erməni əsgərlərə "dua etmək” üçün getdiyi kilsəni belə boşaltdırıb, orada vətəndaşların olmasına icazə verilməyib.

Belə olan halda isə Nikol Paşinyanın avtomobil karvanına növbəti hücumlar istisna edilə bilməz.

"Xalqın seçimi” kimi "inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan isə verdiyi demokratik vədləri çoxdan unudub və öz xalqına qarşı diktator düşüncəsi ilə davranmağa davam edəcək.

Görünür Ermənistanda hələ Nikol Paşinyandan hesab soruşmaq istəyən çox insanlar ona hücum edəcək, o isə hər dəfə bu hücumlara xalqının anladığı dildən cavab verəcək.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...