Latviya klubu futbol matçına 8 oyunçu ilə çıxdı

Latviya klubu futbol matçına 8 oyunçu ilə çıxdı
Latviya çempionatında maraqlı hadisə baş verib.

Sfera.az  xəbər verir ki, "Dauqavpils" klubu "Valmiera" ilə səfər matçına 8 futbolçu ilə çıxıb.

Buna qonaq komandanın heyətində bir çox oyunçunun koronavirus testinin müsbət nəticə verməsi səbəb olub. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün kollektiv meydana 4-3-0 taktiki sxemi ilə daxil olub.

Buna baxmayaraq rəqibinə layiqli müqavimət göstərən "Dauqavpils" 70-ci dəqiqəyədək qapısından cəmi 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakimin görüşü vaxtından əvvəl bitirib.

Qeyd edək ki, "Dauqavpils" 25 turdan sonra 20 xalla 10 komanda arasında 8-cidir.

OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...