“Ərimə mesaj yollama..." - Müğənninin mahnısı QALMAQAL YARATDI + VİDEO

15:21 / 26.11.2020
2018
Türkiyəli
müğənni Yonca Evcimikin "Ayıp şeyler”
adlı yeni mahnısı qalmaqala səbəb olub.
Sfera.az xəbər verir ki, rep janrında ifa olunan mahnıda seksist ifadələrin istifadəsi sosial mediada sərt tənqid edilib.
57 yaşlımüğənni bildirib ki, mahnısı şiddətə qarşı yazılıb:
"Artıq 2020-ci ildəyik. Yaşananlar ortadadır. İndi eşq, mal-mülk, puldan bəhs edən çiy mahnıların vaxtı deyil. Şiddətin hər növünə "Dur!” demək zamanıdır”. Mahnı dünyadakı şiddətdən bəhs edir”.
Ancaq təqibçiləri Yonca Evcimiki mahnısındakı sözlərin bu dediklərinin tam əksini ifadə etdiyinə və qadınları hədəf aldığına inandıra bilməyiblər.
Jalə Mehdi
Sfera.az