"Fransa həmsədrlik missiyasının bütün prinsiplərini pozur”

Bir qrup ermənipərəst senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində qəbul edilən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsi beynəlxalq hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki bu yanaşma Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə də hörmətsizlikdir. Bu üzdəniraq sənədi hazırlamaqla ermənipərəst senatorlar BMT TŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli vəAzərbaycanın işğal edilmiş torpaqlarının qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməni də gözardı etmiş olurlar. Halbuki bu qətnamələrin qəbul edilməsinə Fransa da vaxtı ilə səs verib. İndi isə Senat bu davranışla faktiki özü-özünü inkar etmiş olur. Digər tərəfdən, Fransanın bu mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədri statusu ilə də ziddiyyət təşkil edir. Çünki vasitəçi ölkə kimi Fransa münaqişə tərəflərinə yanaşmada tərəfsizliyi qorumalıdır. Lakin bu müddət ərzində təəssüflər olsun ki, rəsmi Paris tez-tez həmsədrlik missiyasının əsas prinsiplərini kobud şəkildə pozaraq, işğalçıya açıq dəstək verməkdən çəkinməyib. Münaqişə ətrafında yaranmış yeni reallıqlar fonunda isə aydın görünür ki, rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə və Rusiyanın dominantlığından narahatdır. Separatçı qurumun tanınmasına hesablanmış absurd sənədi əslində Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiqinin nəticəsi də hesab etmək olar. Bununla belə, rəsmi Bakı və Azərbaycan xalqı Fransa Senatının bu qərəzli qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir.


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...