Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO
Ermənilərin Kəlbəcər ərazisində yaratdığı "Şaumyan rayonu"nun Çaraktar kəndi ilə bağlı kuryoz olay baş verib.

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki, ermənilər bu kəndlərin də əldən çıxacağını zənn edərək evlərini yandırıb oranı tərk ediblər. Lakin Çaraktar kəndinin rəhbəri Kamo Tsakanyan deyib ki, sözügedən kənd və Aknaberd ermənilərin nəzarətində qalacaq. 

Kənd sakinləri bundan son anda xəbər tutublar. "Çaraktar kəndinin sakinləri evləri yandıraraq buradan çıxıblar. Onların geri qayidacağı, yoxsa burada hərbi bazanın yerləşdiriləcəyi hələlik bəlli deyil", - deyə Tsakanyan əlavə edib. 

Çaraktar kəndi  Sovet dövründə Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edildikdən sonra bu kənd Kəlbəcərin (ermənilər Kəlbəcəri işğal etdikdən sonra ayrıca "Şaumyan rayonu" da yaradıblar) tərkibinə verilib. Bu baxımdan, ermənilər düşünüb ki, Kələbəcər Azərbaycana qaytarılırsa, deməli, Çaraktar da əldən çıxır. 

Bir gün sonra bəlli olub ki, yaşayış məskənlərinin təhvil verilməsi prosesi SSRİ-nin inzibati-ərazi bölgüsünə əsasən aparılır. Ona görə də Çaraktarın adı Azərbaycana təhvil veriləcək yaşayış məskənkərinin siyahısında olmayıb.



OXŞAR XƏBƏRLƏR

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...

AYNA minib-düşmə məntəqələrinin sayını artırıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsin...

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...