Rəqsanə əsgərin toy xərclərini öz üzərinə götürdü: “Gəlinin zinət əşyalarını da mən alacam”

Maqazin
12:53 / 25.11.2020
1714
Dünən sosial
şəbəkələrdə cəbhədə olan əsgərlərimizdən biri dəfələrlə elçi getsə də, sevdiyi qızın ailəsindən
müsbət cavab ala bilmədiyini söyləmişdi.
Sfera.az xəbər verir ki, bu videoya ilk reaksiya verənlərdən biri də müğənni Rəqsanə İsmayılova olub.
O, "Instagram” hesabında bu barədə yazaraq həmin əsgər üçün elçi gedəcəyinə söz verib:
"Burdan əsgər qardaşıma söz verirəm ki,sağ-salamat gəl, elçiliyə səninlə birlikdə mən də gedəcəm. Gəlinin bütün zinət əşyalarını da mən alacam. Hətta toyun bütün xərclərini də öz üzərimə götürürəm. Narahat olma, qızı qaçırmağa da ehtiyac qalmayacaq”, - deyə R.İsmayılova bildirib.
Jalə Mehdi
Sfera.az