“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

16:05 / 24.11.2020
1656
Əfsanəvi türk aktyoru Devrim Parscan vəfat
edib.
Sfera.az xəbər verir ki, 83 yaşlı aktyor bu gün günorta saatlarında dünyasını dəyişib.
Onun qocalıqla əlaqəli xəstəliklər üzündən öldüyü bildirilir.
Qeyd edək ki, 100-dən artıq serial və filmdə rol alan aktyor, daha çox "Kurtlar Vadisi”, "Ailəmiz”, "Çiçək Taksi” və "Kurtuluş” filmləri ilə məşhurluq qazanıb.
Jalə Mehdi
Sfera.az