Saxta paylaşım və 10 min avro vədi: Emin Ağalarovun adından istifadə etdilər - FOTOLAR

Sfera.az xəbər verir ki, təxribat xarakterli bu videolar, insanların kart məlumatlarının ələ keçirilməsi ilə nəticələnir.
Belə ki, məşhurların real videolarından istifadə edilməklə, canlı yayımda sual səsləndirilir. Suala doğru cavab verən şəxsə pul mükafatı veriləcəyi ilə bağlı mesaj göndərilir.
Nəticədə bank kartınızın linki tələb olunur və beləliklə də hesabınızda olan pul vəsaiti mənimsənilir.
Təəssüf ki, yayımda şərt olaraq məlumatı 10 qrupda paylaşmağı qeyd edirlər və insanlar viral olaraq videonu yayır. Artıq qurbanlar da var.
Nələrə diqqət etməlisiniz?
1)Heç bir halda canlı yayıma rəy yazmayın.
2)Rəy yazmısınızsa, səhifə sizə yazan kimi bloklayın.
3)Heç bir halda o linkə daxil olub, kart məlumatlarınızı yazmayın.
Belə səhifələr qarşınıza çıxan kimi şikayət edin.
Jalə Mehdi
Sfera.az