Saatlı sakinindən narkotik və tüfəng götürüldü

Saatlı sakinindən narkotik və tüfəng götürüldü
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda və narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılaraq RPŞ-nə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki torbadan 40 ədəd kibrit qutusunda satış məqsədi ilə qablaşdırılmış 200 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib, baxış zamanı mənzilindən 1 ədəd qoşalüləli "TOZ-16” markalı ov tüfəngi və 28 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...