Aksiyaçılar maska yandıraraq karantin rejiminə etiraz etdilər - FOTOLAR

Aksiyaçılar maska yandıraraq karantin rejiminə etiraz etdilər - FOTOLAR
ABŞ-ın Nyu-York şəhərində COVİD-19 səbəbilə qoyulan məhdudiyyətlərə və karantin rejiminə etiraz məqsədilə aksiya keçirilib. 
 
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, "Washington Square" parkda toplaşan aksiyaçılar "maskaya yox de!",  "maskanı yandır!" şüarları səsləndiriblər, daha sonra isə maskalarını yandırıblar.
 
Ancaq ətrafdakı vətəndaşlar aksiyaçılara qarşı çıxıblar. Nəticədə iki tərəf arasında  qarşıdurma yaranıb. 

Qeyd edək ki, ABŞ-da indiyədək koronavirusa yoluxanların sayı 12.5 milyonu keçib, 262 701 nəfər virusun qurbanı olub. 

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR