Ənənəvi təhsilə nə vaxt qayıdacağıq? - Ekspert

Ənənəvi təhsilə nə vaxt qayıdacağıq? - Ekspert
Ölkədə mövcud pandemiya səbəbindən bütün təhsil müəssisələrində təhsil distant şəkildə aparılır. Mütəxəssislər praktiki təhsilin labüd olduğu ixtisaslarda oxuyan tələbələrin distant təhsil zamanı öz peşələrinə lazımınca yiyələnə bilmədiklərini qeyd edirlər.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi ixtisaslarda ənənəvi qaydada təhsilə üstünlük verilməlidir:

"Məsələn, Tibb Universitetində müalicə işi, əczaçılıq, stomatologiya kimi ixtisasların distant formada tədrisi tələbələrə nəsə qazandırmır. Nəzərə alsaq ki, belə hallarda qərarverici şəxs birbaşa universitetin özüdür, ona görə də düşünürəm ki, hansı ixtisaslarda praktiki üsullar tələb olunur, belə ixtisasların tələbələrini mütləq ənənəvi qaydada tədrisə cəlb etmək lazımdır.

Biz tələbəni tam ixtisaslı kadr kimi yetişdirmək istəyiriksə, normalda keçirilən təcrübə proqramlarının müddəti mütləq şəkildə uzadılmalıdır. Əks halda bu formada təhsil alan tələbəni hansısa cərrahiyyə əməliyyatına kortəbii şəkildə buraxa bilmərik”.

Ekspert bildirib ki, bu istiqamətdə digər ölkələrin təcrübələri öyrənilir, müəyyən addımların atılması zəruri hesab olunur:

"Ən azından bəzi sahələri bağlayıb, təhsildə ənənəvi qaydaya keçmək vacibdir. Lakin ölkəmizdə dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir. Yalnız mart ayından sonra hansısa dəyişikliklər ola bilər”.///Axar.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...