Zelenski koronavirusdan sağaldı

Dünya
15:18 / 23.11.2020
1505
Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində bildirib.
"Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özüm də müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə - red.), işləyirik”, - o söyləyib.
Xatırladaq ki, V.Zelenski noyabrın 9-da koronavirusa yoluxduğunu bildirib.