"Ermənilər 1958-ci ilin tanklarını döyüşə atmalı olub" - Rusiya KİV-ləri

İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun böyük sayda zirehli texnika itirməsi onu köhnəlmiş T-55 tanklarını da döyüşə atmağa məcbur edib. 
 
Sfera.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazır.

Sentyabrın 27-də başlayan və 44 gün davam edən hərbi əməliyyatların gedişində Azərbaycan ordusu düşmənin yüzlərlə zirehli texnikasını, o cümlədən tanklarını məhv edib. 65-ə yaxın T-72 tankını və yüzlərlə digər texnikasını hərbi qənimət olaraq götürüb. Qənimət götürülmüş düşmən texnikası nümayiş etdirilmək üçün eşalonlarla Bakıya daşınır.

"Vestnik Mordoviya” nəşri yazır ki, hərbi əməliyyatların gedişində Ermənistan ordusu silahlanmasında yer alan T-72 tanklarının demək olar hamısını itirib. Nəticədə istehsalı 1958-ci ildə başlamış köhnə T-55 tanklarını da döyüşə atmalı olub. Onlarla belə tank müharibə başlayana qədər Ermənistan ordusunun silahlanmasında yer alırdı. Və həmin tanklar bir neçə dəfə hərbi təlimlərdə gözə çarpmışdı. Ermənistan Müdafiə Nazirliyinin saytında bu ölkənin 5-ci ordu korpusunun 2020-ci il mayın 22-də keçirilmiş polk təlimlərinə dair fotolar yerləşdirilib və orada T-55 tanklarını görmək olur.

"Qarabağda fəal döyüş əməliyyatları zamanı nəhəng itkilər səbəbindən aydın oldu ki, gec-tez erməni tərəfi hətta T-55 tanklarını da döyüşə atmalı olacaq. Və belə görünür ki, bu oktyabrın 20-də baş verib. Ən azından Azərbaycan Müdafiə Nazirliyinin düşməndən qənimət olaraq götürülmüş hərbi texnika barədə oktyabrın 28-də yaydığı videoreportajda çoxsaylı T-72 tankları ilə yanaşı erməni ordusunun kamuflyajında rənglənmiş bir T-55 tankı da görünür. Üstəlik bu tankın zahirən hansısa zədəsi yoxdur”, - sayt yazır. /Virtualaz.org 

 

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...