6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim önündə

6 aylıq hamilə arvadını dənizdə boğan şəxs hakim önündə
Bu ilin yayında 6 aylıq hamilə arvadını dənizdə boğaraq öldürməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sfera.az-ın verdiyi xəbərə görə, A.Əhmədovun cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Prosesin ilkin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, avqustun 7-də gecə saatlarında Xəzər dənizin Sumqayıt şəhərinə düşən hissəsində 6 aylıq hamilə Şəhanə Əhmədovanın meyiti tapılmışdı. İlkin olaraq onun dənizdə çimərkən boğulduğu ehtimal edilirdi. Lakin istintaqla müəyyən edilib ki, 33 yaşlı Şəhanə Əhmədovanı 34 yaşlı əri Anar Əhmədov öldürüb.  

Belə ki, A.Əhmədov istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qətlə yetirib. Anar Əhmədov Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham edilir. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...