Bərdədə minik avtomobili yanıb, ölən var

Bərdədə minik avtomobili yanıb, ölən var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bərdə rayonunda "VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Nəticədə minik avtomobillərdən birinin yanar hissələri yanıb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində 1974-ci il təvəllüdlü Camalov Ədalət Nəbi oğlunun yanmış meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR