Ermənistanda sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı

Ermənistanda sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı
 Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Marina Oqancanyan məlumat verib.

Daha əvvəl Akopyan ölkənin hərbi-siyasi rəhbərliyini Qarabağda vəziyyətin kəskinləşməsi zamanı səfərbərlik, silah alınması, silahlı qüvvələrin döyüş vəziyyətinə keçirilməsi ilə əlaqədar çoxsaylı səhvlərdə günahlandırıb.

XİX-dən bildiriblər ki, mətbuat konfransı ilə əlaqədar toplanan materiallar əsasında Akopyana qarşı "ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə cinayət işi başladılıb.

Bu maddə üzrə maksimum cəza 6 il azadlıqdan məhrumetmədir.

Bundan öncə Ermənistan Müdafiə Nazirliyi Akopyanın silahlı qüvvələrin quruluşunu və hərbi hissələrin xüsusiyyətlərini açıqlayaraq son dərəcə təhlükəli açıqlamalar verdiyini bildirmişdi. Nazirlik onun söylədiklərinin açıqlanması cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnməli çox gizli məlumatlar olduğunu söyləmişdi.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...