Rusiya Müsəlmanları Ruhani İdarəsi: Ermənilər 63 məscidi dağıdıb

Rusiya Müsəlmanları Ruhani İdarəsi: Ermənilər 63 məscidi dağıdıb
 "Müsəlman abidələrinin təhqir və məhv edilməsinə göz yumaraq yalnız Dağlıq Qarabağdakı xristian kilsələrinin qorunmasını zəruri hesab etdiklərini tamamilə açıq şəkildə göstərən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi”.

Bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, içərisində rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri olan bir qrup rusiyalı mədəniyyət xadimi UNESCO-ya müraciət ünvanlayaraq Dağlıq Qarabağ regionunun xristian mədəni, bədii və memarlıq irsinin abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsini xahiş edib.

"O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zərər görmüş tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Qarabağın yüzlərlə müsəlman abidəsinin başına gələn mədəni fəlakətə tamamilə məhəl qoyulmadan mülkiyyəti Alban-Udin kilsəsi tərəfindən mübahisə predmetinə çevrilən kilsələrin potensial məhv edilməsinə dair eyhamları həyasızlıq kimi qiymətləndirərdim”, - o yazıb.

D.Muhetdinov vurğulayıb ki, obyektiv yanaşma ilə istənilən müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, çoxmədəniyyətli dövlət kimi göstərdiyini qeyd etməyə məcburdur. "Bakı dəfələrlə Dünya dini liderlərinin Sammitinin paytaxtı seçilib”, - o bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini YUNESKO-nun Qarabağın tarixi irsinə diqqətini cəlb etmək faktını tamamilə düzgün hesab etdiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...