Nur-Sultanda partlayış: 1 nəfər öldü, 33 nəfər yaralandı

Dünya
15:15 / 21.11.2020
1719
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedəki partlayış nəticəsində bir nəfər ölüb, 33 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin şəhərdəki idarəsinin mətbuat xidməti yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Paytaxtın icra hakimiyyətinin başçısı Altay Kulqinov bildirib ki, ölənin ailəsinə yardım göstəriləcək.
Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.