15 il istintaqdan yayınan cinayətkar indi də saxta “Milli Qəhrəman” adından istifadə edir

15 il istintaqdan yayınan cinayətkar indi də saxta “Milli Qəhrəman” adından istifadə edir
 Torpaqlarımızın işğaldan azad olunduğu son iki ay ərzində Azərbaycan xalqı tarixi günlər yaşayır. Ermənistan rəşadətli Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi və təslim oldu. İndi hansı bölgədən olmasına baxmayaraq hamı işğaldan azad olunan kəndlərə, şəhərələrə getmək, 30 ildir həsrətində olduğumuz Qarabağı ziyarət etmə istəyir. Bu günlər həm də Azərbaycan xalqının yumruq kimi birləşməsi ilə yadda qaldı. Minlərlə gənc, keçmiş döyüşçü könüllü olaraq müharibəyə getmək üçün hərbi komissarlıqlara axın etdi, imkanı olan da, olmayan da Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etdi, cəbhəyə kimi qalın paltar, kimi isti yemək göndərdi. 

Təəssüf ki, bu günlərdə hamının fikri-zikri Qarabağ, şəhidlərimiz, yaralı əsgərlərimiz olsa da, bəziləri ölkədəki mövcud vəziyyətdən öz mənafeləri üçün istifadə etməsə çalışır. Bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən yararlanmağa cəhd edir. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək pul qazanmaq istəyirlər. 

Bu cür saxtakarlardan biri də özünü Milli Qəhrəman kimi təqdim edən Mahmudov Tərlan Əhməd oğludur. O 300 mm-lik neft kəmərininin mühafizə zonasında - Xırdalan şəhəri Rəşid Behbudov küçəsindəki 5 sot torpaq sahəsini zəbt edib xətdən cəmi 15-20 metr aralı məsafədə qanunsuz tikinti həyata keçirir. 

O başqa bir ünvanda yerləşən evə aid saxta sənədləri təqdim edərək tikintiyə icasənin olduğunu iddia edir. Lakin qanunvericiliyə əsasən neft kəmərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Elə buna görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Tərlan Mahmudova zəbt etdiyi ərazidə tikinti işləri aparmağa icazə vermir. 

O isə gah "milli qəhrəman”, gah keçmiş polis işçisi, gah da "Qarabağ qazisi” adından istifadə etməklə ətrafına yığdığı şəxslərlə birlikdə hay-küy salaraq, qalmaqal yaradaraq tikintini başa çatdırmağa çalışır. Tərlan Mahmudov SOCAR əməkdaşlarını "bir zənglə bura 500 nəfər Qarabağ qazisi çağıraram” deyib hədələyir, onun qanunsuz tikintisinə göz yumulmasını tələb edir.  
 
Saxtakar "Milli Qəhrəman”

İnternetdə Tərlan Mahmudovun milli qəhrəman olub-olmamasını araşdıran zaman maraqlı faktlarla qarşılaşdıq. Əvvəla onu deyək ki, internet resurslarında olan Milli Qəhrəmanların siyahısında onun adına rast gələ bilmədik. Tərlan Mahmudovun digər bir saxtakarlığı isə odur ki, İctimai Birliyə aid vəsiqəni "Milli Qəhrəman” vəsiqəsi kimi təqdim etməsidir. Bu bir daha onu göstərir ki, Tərlan Mahmudov cəmiyyətdə Qarabağ qazilərinə, Milli Qəhrəmanlara göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışan saxtakardır. 

Mahmudov Tərlan İctimai Birliyə aid vəsiqəni "Milli Qəhrəman” vəsiqəsi kimi təqdim edir

15 il axtarışda olan cinayətkar

İnternet üzərindən apardığımız araşdırma ilə Tərlan Mahmudovun cinayətkar olduğunu müəyyən etdik. O bir neçə dəfə törətdiyi cinayət əməllərinə görə hakim qarşısına çıxarılıb. Onun yaşıdları igidlik göstərib həqiqi Milli Qəhrəman adı qazandığı vaxtlarda Tərlan cinayət törətməklə məşğul imiş. 1993-cü ildə bir qadını öldürdüyünə görə 15 il axtarışda olub və 2008-ci ildə yaxalanıb. Lakin o hansısa yollarla bu işdən yaxasını qurtara bilib və həbs edilməyib.  

Ətrafda yaşayan sakinlərin dediyinə görə Tərlan Mahmudov keçmiş polis işçisi olduğuna görə hələ də köhnə əlaqələrindən istifadə edir və hansısa yüksək rütbəli polis əməkdaşı ona havadarlıq edir. Ona görə də heç bir qanuni tələbə məhəl qoymur, öz istədiyini edir.



OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...