Kadırov “Marvel” qəhrəmanlarını bağçalardan sildirdi - FOTOLAR

Kadırov “Marvel” qəhrəmanlarını bağçalardan sildirdi - FOTOLAR
 Çeçenistan rəhbəri Ramzan Kadırovun iradından sonra Kurçaloydakı uşaq oyun mərkəzinin dizaynı dəyişdirilib.

Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, burada divarlara Amerika komikslərindən simvollar yığışdırılıb, əvəzinə Çeçenistanın ilk prezidenti Ahmat Kadırovun və 18-19-cu əsrin sonlarına aid Qafqaz müharibəsi qəhrəmanlarının şəkilləri qoyulub.

Kadırov Kurçaloyda yeni yaşayış kompleksində uşaq oyun mərkəzinin dizaynında istifadə olunan Marvel qəhrəmanları -  Kapitan Amerika, Tor, Dəmir Adamın şəkillərini çıxarıb milli qəhrəmanlarla əvəz etməyi əmr edib.
 
Ramzan Kadırov bütün uşaq mərkəzlərində və oyun meydançalarında Amerika qəhrəmanlarının obrazlarını milli qəhrəmanlarla əvəz etməyi tapşırıb.

"Mən bütün respublika daxilində bunların (uşaq mərkəzlərində) tamamilə dəyişdirilməsini tapşırdım" deyə Kadırov jurnalistlərə Marvel qəhrəmanlarının dəyişdirilməsi təlimatının xüsusi olaraq Kurçaloydakı uşaq mərkəzinə aid olub-olmadığı sualına cavab verib. Onun sözlərinə görə, Çeçenistan Respublikası və Rusiyanın bir çox qəhrəmanı var.

Kadırov hesab edir ki, Çeçenistan xalqı qəhrəmanlarını tərifləməli, tanımalı və gələcək nəsillərə ötürməlidir.

Artıq divarlara Ahmat Kadırov, eləcə də Qafqaz müharibəsi dövrünün məşhur mənəvi və hərbi liderləri - Şeyx Mənsur, Beybulat Taimiev və Baysangur Benoyevskinin rəsmləri yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....