Gürcüstanda koronavirusa yoluxanların sayı 100 min nəfəri ötdü

Dünya
11:27 / 21.11.2020
1996
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 824 yoluxma halı qeydə alınıb, 33 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 100 684 nəfərə, ölənlərin sayı isə 927 nəfərə çatıb.
Virusa yoluxanlardan 81 783 nəfərin sağaldığı bildirilir.